[b]Antonio Konte Xorvatiyanın Bakıda xal itirməsindən danışdı[/b]
04.09.2015 - 13:20
[b]Antonio Konte Xorvatiyanın Bakıda xal itirməsindən danışdı[/b]

“Beynəlxalq futbolda hədiyyə olmur. Bu səbəbdən Azərbaycan və Maltaya qarşı oynamaq da asan deyil”. Apasport.az saytının məlumatına görə, bunu İtaliya millisinin baş məşqçisi Antonio Konte deyib.

 

Təcrübəli mütəxəssis Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra Azərbaycan – Xorvatiya qarşılaşmasından (0:0) da danışıb.

 

O bildirib ki, artıq bütün yığmalar inkişafdadı: “Xorvatlar da Azərbaycanla oyunun hədiyyə olmadığına şahidlik etdilər. Bu onu göstərir ki, futbol hər yerdə inkişaf edir. Artıq gəzə-gəzə qalib gəldiyin oyun yoxdu. Malta ilə oyuna gəlincə, bu qələbə bizim üçün vacib idi. Ancaq hesabdan razı qalmadım. Xorvatların Azərbaycanda xal itirməsindən sonra qrupumuzda vəziyyət daha da gərginləşdi. Ümid edirəm ki, Bolqarıstana da qalib gələcəyik”.

 

Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu oktyabrın 10-da olacaq. 

0