[b]Yeni transferləri “Qəbələ”nin düşərgəsinə qoşuldu[/b]
04.09.2015 - 18:42
[b]Yeni transferləri “Qəbələ”nin düşərgəsinə qoşuldu[/b]

Ukraynada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-dən Odessada hazırlaşan “qırmızı-qaralar” gündə 1 dəfə məşq edir.

 

Komanda fiziki hazırlıqla başlayan məşqləri toplu çalışmalarla başa vurur. Roman Qriqorçukun yetirmələri hazırlıqları milli komandaların üzvləri olmadan keçir.

 

“Qəbələ”nin son transferlərindən Vaqif Cavadovla Fakundo Pereyra da məşqlərdə iştirak edir. Bundan başqa klubun əvəzedici heyətinin üzvü Sahil Mirzəyev də əsas komandanın düşərgəsində hazırlıq keçir.

 

Xatırladaq ki, 6 günlük təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” sentyabrın 6-da Odessanın “Çernomorets” klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.

0