Gecəni qumarxanada keçirdi, milli komandadan uzaqlaşdırıldı
04.09.2015 - 19:50
Gecəni qumarxanada keçirdi, milli komandadan uzaqlaşdırıldı

Çili milli komandasının və “Bavariya”nın yarımmüdafiəçisi Arturo Vidal yenidən qalmaqalla gündəmə gəlib. Apasport.az saytının məlumatına görə, Amerika Kuboku zamanı içkili halda avtomobil sürən və qəzaya uğrayaraq ölümdən dönən futbolçu bu dəfə yenə milli komandanın heyətində intizamsızlıqla diqqət çəkib.

 

Belə ki, ailəvi səbəbləri əsas göstərərək komandanın düşərgəsindən ayrılan çilili futbolçu dostları ilə şam etdikdən sonra gecəni qumarxana keçirib. Səhər isə milli komandanın düşərgəsinə içkili halda qoşulan futbolçu dərhal yığmadan uzaqlaşdırılıb.

 

Bu barədə Çilinin “El Merkurio” qəzeti məlumat verib.

0