“İnter”ə qol vursam, bunu necə qeyd edəcəyimə qərar verməmişəm”
04.09.2015 - 21:29
“İnter”ə qol vursam, bunu necə qeyd edəcəyimə qərar verməmişəm”

“İnter”dən “Yuventus”a transfer olan Ernanes hansı klubun daha yaxşı olması barəsində açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan braziliyalı futbolçu hansı klubun daha yaxşı olması barəsində danışmaqda çətinlik çəkdiyini deyib:

 

“Kimin daha yaxşı olduğunu demək çox çətindi. Ancaq indiki məqmada deməliyəm ki, “Yuventus” daha yaxşı klubdu. Ən azından rəqəmlər bunu deyir. Turinlilər üst-üstə 4 skudetto qazanmaqla bunu sübut ediblər”.

 

Vurduğu qolları akrobatik tullanışlarla qeyd edən yarımmüdafiəçi “İnter”lə oyunda qol vuracağı təqdirdə necə sevinəcəyini düşünmədiyini deyib:

 

“Hələ transferim çox təzədi. Bilmirəm “İnter”ə qol vursam, necə sevinəcəm. Salto vuracam, yoxsa yox, buna o an qərar verəcəm”.

0