[b]“Gərgin mübarizənin şahidi olduq” – Avstriya U-21-in baş məşqçisi[/b]
04.09.2015 - 23:45
[b]“Gərgin mübarizənin şahidi olduq” – Avstriya U-21-in baş məşqçisi[/b]

“Artıq birinci hissədə hesabda 2 top üstünlüyümüz olsa belə, oyunun sonuna qədər gərgin mübarizənin şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşlılardan ibarət Avstriya millisinin baş məşqçisi Verner Gregoritsch yığmamızla oyundan (2:0) sonra deyib.

 

O, millimiz üzərində qələbənin asan olmadığını  bildirib:

 

“Qarşılaşmanın bu məcrada keçəcəyini əvvəlcədən bildiyimiz üçün futbolçulara hesabdan asılı olmayaraq arxayınlaşmamağı tövsiyə etmişdik. Azərbaycan yığmasına bir neçə gün sonra Almaniya komandası ilə keçirəcəyi oyunda uğurlar arzulayıram”.

0