Xanımı futbolçunu xəstəxanalıq etdi
05.09.2015 - 00:21
Xanımı futbolçunu xəstəxanalıq etdi

Almaniyanın “Hamburq” klubunun hücumçusu Artyom Rudnev xəstəxanaya yerləşdirilib. Apasport.az saytının məlumatına görə, Rudnev xəstəxanaya həyat yoldaşı ilə dalaşdıqdan sonra gətirilib. Santa Rudneva futbolçunun dilini dişləyib.

 

Onlar Hamburqun küçələrindən birində gəzərkəm mübahisə ediblər. Sonradan mübahisə dava-dalaşa çevrilib. Ərinin dilini dişlərinə keçirən Santa onu möhkəm dişləyib. O, futbolçunun dilini o qədər möhkəm dişləyib ki, güclü qanaxma baş verib.

 

Artyom xəstəxanaya çatdırılıb. Həkimlər onun dilinə tikiş atmalı olublar. 27 yaşlı futbolçu xəstəxanada olarkən, onun həyat yoldaşı gecəni polis məntəqəsində keçirib.

 

Cütlüyün 4 yaşlı qız övladı var. “Hamburq” Artyomu transferə çıxarsa da, futbolçu ailə problemlərini əsas gətirib, komandanı tərk etmək istəməmişdi.

0