Türkiyə Futbol Federasiyası 7 klubun 3 xalını sildi
05.09.2015 - 00:51
Türkiyə Futbol Federasiyası 7 klubun 3 xalını sildi

Türkiyə Futbol Federasiyası (TFF) 7 klubun 3 xalını silib. Apasport.az saytının məlumatına görə, buna səbəb həmin klubların beynəlxalq lisenziya ala bilməməsi olub.

 

Bunlardan ikisi PTT I liqa klubları – “Samsunspor” və “Dənizlispor”, digər beşi isə Spor Toto II liqa klubları – “Orduspor”, “Ankaragücü”, “Tarsus İdman Yurdu”, “Kahramanmaraşspor” və “Bucaspor”du.

 

Klubların TFF Apelyasiya Komitəsinə etiraz etmək hüquqları var. 

0