Avro-2016-nın seçmə mərhələsinin VII turu çərçivəsində dünən daha bir neçə oyun keçirilib. Apasport.az saytının məlumatına görə, D, F və İ qrupunda matçlar baş tutub.
D qrupunda Polşa ilə qarşılaşan Almaniya millisi qələbə qazanıb. Qrupun digər matçında Kaxaber Sxadadzenin çalışdırdığı Gürcüstan yığması Şotlandiyanı qəbul edib. Oyun gürcülərin minimal hesablı qalibiyyəti ilə başa çatıb.
F qrupunda Yunanıstan öz meydanında Finlandiyaya uduzduğu halda, Macarıstan Rumıniya ilə “sülh bağlayıb”.
İ qrupunda isə Danimarkanın qonağı olan Albaniya səfərdən 1 xalla qayıdıb.
D qrupu
Almaniya – Polşa 3:1
Qollar: Müller, 12; Götze, 19, 82 – Levandovski, 37
Gürcüstan – Şotlandiya 1:0
Qol: Kazaişvili, 38
Cəbəllütariq – İrlandiya 0:4
Qollar: Kristie, 26; Kin, 49, 51; Lonq, 79
1. Almaniya 7 5 1 1 19-5 16
2. Polşa 7 4 2 1 21-6 14
3. İrlandiya 7 3 3 1 16-5 12
4. Şotlandiya 7 3 2 2 12-7 11
5. Gürcüstan 7 2 0 5 5-13 6
6. Cəbəllütariq 7 0 0 7 1-38 0
F qrupu
Yunanıstan – Finlandiya 0:1
Qol: Pohjanpalo, 75
Farer adaları – Şimali İrlandiya 1:3
Qollar: Edmundsson, 36 – MakAuli, 12, 71; Lafferti, 75 Macarıstan – Rumıniya 0:0
1. Şimali İrlandiya 7 5 1 1 11-5 16
2. Rumıniya 7 4 3 0 7-1 15
3. Macarıstan 7 3 3 1 5-3 12
4. Finlandiya 7 2 1 4 6-8 7
5. Farer adaları 7 2 0 5 5-11 6
6. Yunanıstan 7 0 2 5 2-8 2
İ qrupu
Danimarka – Albaniya 0:0
Serbiya – Ermənistan 2:0
Qollar: Hayrapetyan, 22 (avtoqol); Lyayiç, 53
1. Portuqaliya 5 4 0 1 7-4 12
2. Danimarka 6 3 2 1 8-4 11
3. Albaniya 5 3 2 0 7-2 11
4. Serbiya 6 1 1 4 5-11 1
5. Ermənistan 6 0 1 5 5-11 1