“Meydanda ağalıq edən biz idik”
05.09.2015 - 11:29
“Meydanda ağalıq edən biz idik”

“Polşa yığması qrupun lideri idi. Buna görə də, oyuna yalnız qələbə üçün çıxmışdıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim löv deyib.

 

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində dünən Polşaya qalib gələn (3:1) almanlar qrup liderliyini ələ keçiriblər.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən Löv komandasının qələbəyə layiq olduğunu qeyd edib: “Meydanda ağalıq edən biz idik. Ancaq buraxdığımız bəzi səhvlərə görə işimizi bir qədər çətinləşdirdik. Hesab 3:0 ola bilərdi. Amma bu məqamda qapımızdan top buraxdıq. Polşa komandası bizim səhvlərimizi gözləyirdi. Yaxşı ki, belə vacib görüşdən 3 xalla ayrılmağı bacardıq”.   

0