[b]"Prosineçkini bir gün Xorvatiya yığmasında görmək istərdim”[/b]
05.09.2015 - 12:12
[b]"Prosineçkini bir gün Xorvatiya yığmasında görmək istərdim”[/b]

“Azərbaycan – Xorvatiya matçını federasiyanın prezidenti Davor Şukerlə çox müzakirə etdik. Təbii ki, qeydə alınan nəticə ürəyimizcə olmadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri xorvatiyalı futbol mütəxəssisi Çiro Blajeviç deyib.

 

Ölkəsinin mətbuatına danışan təcrübəli məşqçi Xorvatiya yığmasının millimizlə qolsuz heç-heçə etdiyi oyunu dəyərləndirib.

 

Bu nəticədən razı qalmayan Blajeviç komandada məşqçinin böyük rol oynadığını bildirib: “Hər şey məşqçidən asılıdı. Məşqçi komandada əsas açardı. Bunu deməklə Azərbaycanla oyundakı nəticəyə görə, Niko Kovaçı günahlandırmaq istəmirəm. Amma mütləq həmin nəticənin günahkarları tapılmalıdı”.

 

Robert Prosineçki ilə də bağlı danışan Blajeviç qeyd edib ki, onu gələcəkdə Xorvatiya yığmasının baş məşqçisi postunda görmək istəyir: “Prosineçkinin indiki məqamda Xorvatiya yığmasına gəlməsini istəmərəm. O, Azərbaycan millisində qısa zamandakı işi ilə yaxşı məşqçi olduğunu bir daha göstərdi. Hazırda Azərbaycanda ona ideal kimi baxırlar. Prosineçkini onların əlindən almağa ehtiyac yoxdu. Ordakı işini bu qaydada davam etdirməsi lazımdı. Ancaq bir gün Prosineçkini Xorvatiya yığmasında görmək istərdim”. 

0