Avro-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün VII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, C, E və G qruplarında matçlar baş tutub.
Günün maraqlı görüşlərindən biri İspaniyada keçirilib. Pireneylilər C qrupunun lideri Slovakiya yığmasını qəbul ediblər. Matç "buğalar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
E qrupunda turnir cədvəlinə başçılıq edən İngiltərə millisi autsayder San Marinonu darmadağın edib - 6:0.
G qrupunda isə turun mərkəzi qarşılaşması Rusiya və İsveç milliləri arasında keçirilib. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan bu komandaların duelindən Şimal qonşularımız qalib ayrılıblar - 1:0.
C qrupu
Ukrayna – Belarus - 3:1
Qol: Kravets, 7, Yarmolenko, 30, Konoplyanka, 40 - Kornilenko, 62
Lüksemburq – Makedoniya - 1:0
Qol: Till, 90+3
İspaniya – Slovakiya - 2:0
Qol: Alba, 5, İnyesta, 30 (pen.)
1. İspaniya 7 6 0 1 18-3 18
2. Slovakiya 7 6 0 1 13-5 18
3. Ukrayna 7 5 0 2 12-3 15
4. Belarus 7 1 1 5 5-14 4
5. Lüksemburq 7 1 1 5 4-17 4
6. Makedoniya 7 1 0 6 6-15 3
E qrupu
Estoniya – Litva - 1:0
Qol: Vasilyev, 71
San Marino – İngiltərə - 0:6
Qol: Runi, 13, Brolli, 30 (öz qapısına), Barkli, 46, Uollkot, 68, 78, Keyn, 77
İsveçrə - Sloveniya - 3:2
Qol: Drmiç, 80, Stoker, 84 - Novakoviç, 45+1, Sezar, 48
1. İngiltərə 7 7 0 0 24-3 21
2. İsveçrə 7 5 0 2 16-6 15
3. Estoniya 7 3 1 3 4-5 10
4. Sloveniya 7 3 0 4 14-10 9
5. Litva 7 2 0 5 4-13 6
6. San Marino 7 0 1 6 0-25 1
G qrupu
Rusiya – İsveç - 1:0
Qol: Artyom Dzyuba, 38
Monteneqro – Lixtenşteyn - 2:0
Qol: Beqiray, 35, Yovetiç, 56
Avstriya – Moldova - 1:0
Qol: Yunuzoviç, 52
1. Avstriya 7 6 1 0 12-2 19
2. İsveç 7 3 3 1 10-5 12
3. Rusiya 7 3 2 2 10-4 11
4. Monteneqro 7 2 2 3 6-8 8
5. Lixtenşteyn 7 1 2 4 2-14 5
6. Moldova 7 0 2 5 3-10 2