Eşli Koul İngiltərəyə qayıtmaq istəmir
05.09.2015 - 13:39
Eşli Koul İngiltərəyə qayıtmaq istəmir

“Roma”dan ayrılan ingiltərəli müdafiəçisi Eşli Koul ölkəsinə qayıtmaqdan imtina edib. Apasport.az saytı xəbər verir ki, “canavarlar”la yolları ayrılan 35 yaşlı futbolçu buna rəğmən, Premyer Liqadan gələn təklifi rədd edib.

 

Belə ki, “Nyukasl” yay “transfer pəncərəsi” bağlanana qədər Koulla danışıq aparıb. Lakin təcrübəli müdafiəçi “sağsağanlar”ın təklifi ilə razılaşmayıb.

 

Qeyd edək ki, Koul “Roma”dan əvvəl “Arsenal” və “Çelsi” kimi komandaların formasını geyinib. O, 2001-2014-cü illərdə İngiltərə yığmasının da şərəfini qoruyub.

 

 

0