[b]“Həm Levon Aronyana, həm də mərcdə qalib gəldim” - Aleksandr Areşenko[/b]
17.09.2015 - 08:54
[b]“Həm Levon Aronyana, həm də mərcdə qalib gəldim” - Aleksandr Areşenko[/b]

“Aronyanla iki klassik oyundan sonra hesab bərabər olduğundan daha 2 partiya tay-brek oynadıq. Pis və ya yaxşı oyun keçirdiyimi deyə bilmərəm, amma nəticədən razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri ukraynalı şahmatçı Aleksandr Areşenko deyib.

 

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinin sürprizi Ermənistan təmsilçisi Levon Aronyanın Areşenkoya məğlubiyyəti olub. Klassik partiyada hər iki görüşdə heç-heçə qeydə alındığından tərəflər qalibi tay-brekdə müəyyənləşdirib. Aronyanın sürətli şahmatda yol verdiyi səhvlər onun Bakıdakı yarışda iştirakını dayandırmasına səbəb olub. Ağ fiqurlarla oyunda kobud səhvə yol verən Levon Aronyan 1 saat 24 dəqiqəlik mübarizənin yekununda təslim olub.

 

Rusiya mətbuatına danışan Areşenko Aronyana qalib gəlməsindən bəhs edib.

 

O bildirib ki, Aronyanla görüşdən öncə dostları ilə mərcləşib: “Əsas oyunlarda sən vurmayanda sənə vururlar. Futbol dili ilə danışmıram. Mən futbolu sevmirəm, şahmatdan bəhs edirəm. Burda da demək olar ki, futboldakı vəziyyətdi. Mövqelərdə qalib gələ bilməyəndə əvvəl-axır uduzacaqsan. Dostlarımla mərcə gəlmişdim. Onlara demişdim ki, Aronyana qalib gələcəm. Elə də oldu. Həm ona, həm də mərcdə qalib gəldim”.

 

 

 

0