[b]Dünya Kuboku: Məmmədyarovdan qələbə, Hüseynov və Rəcəbovdan heç-heçə - YENİLƏNİB[/b]
17.09.2015 - 17:51
[b]Dünya Kuboku: Məmmədyarovdan qələbə, Hüseynov və Rəcəbovdan heç-heçə - YENİLƏNİB[/b]

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, III mərhələdə Azərbaycan millisinin 3 qrossmeysteri də mübarizəni davam etdirib.

 

1/8 finala gedən yolda Teymur Rəcəbov, Qədir Hüseynov və Şəhriyar Məmmədyarov növbəti oyunlarına çıxıblar. 

 

Şəhriyar Məmmədyarov Hindistan qrossmeysteri Seturamana qalib gəlib. Teymur Rəcəbov və Qədir Hüseynov isə heç-heçəyə imza atıblar. Belə ki, Rəcəbov rusiyalı rəqibi Peter Svidlerlə, Hüseynov isə Çin şahmatçısı Dinq Lirenlə "sülh bağlayıb". 

 

Dünya Kuboku

1/16 final, ilk oyunlar

 

Peter Svidler (Rusiya) – Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Dinq Liren (Çin) – Qədir Hüseynov (Azərbaycan) - 0,5:0,5

Seturaman (Hindistan) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0:1

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli ilk, Rauf Məmmədov ikinci mərhələdə mübarizəni dayandırıb.

0