Məmmədyarovun 1/8 finalda rəqibi bilindi
18.09.2015 - 17:55
Məmmədyarovun 1/8 finalda rəqibi bilindi

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun 1/8 final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz ABŞ-ı təmsil edən Fabiano Karuana ilə üz-üzə gələcək.

 

Qrossmeysterlər arasında ilk qarşılaşma sentyabrın 20-nə təsadüf edəcək.

 

Məmmədyarov Karuanaya qalib gələrsə, Rauf Məmmədovun da revanşını almış olacaq. Çünki Məmmədovu 1/32 finalda məhz Karuana məğlub edib.

0