[b]Rəcəbov da uduzdu, Məmmədyarov tək qaldı - YENİLƏNİB[/b]
19.09.2015 - 16:34
[b]Rəcəbov da uduzdu, Məmmədyarov tək qaldı - YENİLƏNİB[/b]

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/16 final mərhələsinin tay-brek matçları baş tutub. Apasport.az saytının məlumatına görə, 1/8 finala gedən yolda Azərbaycan millisinin lideri Teymur Rəcəbov da əlavə görüşlərdə mübarizə aparıb.

 

Rusiyalı Peter Svidlerlə ilk 2 oyunda qalib müəyyənləşmədiyindən şahmatçılar sürətli oyunda güclünün adına aydınlıq gətiriblər. Tay-brekdə ilk matç heç-heç bitsə də, ikinci oyun rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə 0,5:1,5 hesabı ilə məğlub olan Rəcəbov da yarışla vidalaşıb.

 

Dünya Kubokunda 6 şahmatçımızdan yalnız Şəhriyar Məmmədyarov yoluna davam edir.

 

Dünya Kuboku

1/16 final, tay-brek oyunları

 

Teymur Rəcəbov (Azərbaycan) - Peter Svidler (Rusiya) - 0,5:1,5

İlk 2 oyun: 1:1

 

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynov üçüncü mərhələdə mübarizəni dayandırıb.

0