[b]Levandovskidən yeni rekordlar: Bu, sadəcə dəlilikdi[/b]
23.09.2015 - 08:46
[b]Levandovskidən yeni rekordlar: Bu, sadəcə dəlilikdi[/b]

“Bavariya”nın hücumçusu Robert Levandovski yeni rekordlara imza atıb. Apasport.az saytının məlumatına görə, polşalı futbolçu “Volfsburq”la qarşılaşmada 9 dəqiqə ərzində 5 qolun müəllifi olub.

 

Bundesliqanın VI turu çərçivəsində baş tutan qarşılaşmanın fasiləsindən sonra meydançaya daxil olan Levandovski 51, 52, 55, 57 və 60-cı dəqiqələrdə fərqlənərək, bir neçə rekordu yeniləyib. Belə ki, o, Avropada ən tez het-trik (4 dəqiqə), poker (6 dəqiqə) və penta-trik (9 dəqiqə) edən futbolçu ünvanına sahib çıxıb. Levandovski eyni zamanda Bundesliqa tarixində sonradan meydançaya daxil olub 5 qol vuran ilk futbolçu olub.

 

Rekordu ilə bağlı qısa açıqlama verən Levandovski bu göstəricini dəlilik adlandırıb: “Mən sadəcə, top ayağıma düşdükcə zərbə vurdum. Belə olacağını düşünmürdüm. Bu, sadəcə dəlilikdi”.

 

Qeyd edək ki, “Bavariya” “Volfsburq” üzərində 5:1 hesablı qələbə qazanaraq 6 turdan sonra xallarının sayını 18-ə çatdırıb və liderliyini davam etdirib.

0