[b]CAS “Xəzər Lənkəran”ı ümidləndirdi[/b]
25.09.2015 - 18:01
[b]CAS “Xəzər Lənkəran”ı ümidləndirdi[/b]

“Xəzər Lənkəran”a FİFA tərəfindən tətbiq olunan transfer qadağasının müddətinin uzadılmasından sonra cənub klubunun bu qərarla barışmayacağı məlum idi. Apasport.az saytının məlumatına görə, lənkəranlılar artıq bu məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ediblər.

 

Cənub klubunun idarəçiləri avropalı vəkillərlə də məsləhətləşiblər və məlum olub ki, əgər CAS müraciəti icraata qəbul etsə, o zaman problemin müraciət edən tərəfin xeyrinə həll olunma ehtimalı 80-90 faiz təşkil edir.

 

Bu gün isə axşam saatlarında CAS-dan “Xəzər Ləkəran”a faks daxil olub və faksda qeyd olunur ki, artıq Arbitraj Məhkəməsi klubun müraciətini qəbul edib. Bildirilib ki, bununla bağlı FİFA-ya müvafiq sorğu yollanıb. Ali futbol qurumu ən gec 10 gün ərzində verdiyi qərar haqqında əsaslarını açıqlamalıdı.

 

Daha sonra isə məhkəmə son qərarını verəcək.

0