Dünya Kubokunda ilk finalçı bəllidi - FOTOSESSİYA
29.09.2015 - 08:22
Dünya Kubokunda ilk finalçı bəllidi  - FOTOSESSİYA

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinal mərhələsi davam edir. Apasport.az yarışın mətbuat xidmətinə istinadən məlumat verir ki, artıq yarışda ilk yarımfinalçı məlumdu.

 

Hollandiya şahmatçısı Aniş Giriyə qalib gələn Pyotr Svidler finalda oynamaq imkanı qazanıb (1.5:0,5). Digər finalçı Pavel Elyanov (Ukrayna) və Sergey Karyakin (Rusiya) arasında müəyyənləşəcək. Tərəflər klassik oyunda iki dəfə heç-heçə oynadığından bu gün tay-brekdə qarşılaşacaqlar. 

0