[b]“Qarabağ” ilki reallaşdırdı, rəqibləri xal itirdi[/b]
01.10.2015 - 22:51
[b]“Qarabağ” ilki reallaşdırdı, rəqibləri xal itirdi[/b]

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 2-ci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi II tura təsadüf edən ilk ev qarşılaşmasında Belçikanın adlı-sanlı klublarından olan "Anderlext"i qəbul edib.


İlk turda İngiltərədə “Tottenhem”ə 1:3 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Brüssel klubu ilə qarşılaşmada qazanıb. Ardıcıl 4-cü oyunda qol sevinci yaşayan Riçard Almeydanın ilk hissədə fərqlənməsi “Qarabağ”a 3 xal gətirib. Belə ki, bu top matçda yeganə olub.


Azərbaycan klublarının qrupda ilk qələbəsini qazanan Ağdam təmsilçisi turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. Buna “Qarabağ”ı ilk oyunda məğlub edən "Tottenhem"in Fransadan xalla ayrılması səbəb olub. “Monako”nun qalib gələ bilməməsi təmsilçimizi 2-ci pilləyə daşıyıb.

 

 

Avropa Liqası, qrup mərhələsi

II tur

 

1 oktyabr

 

J qrupu

 

“Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:0
Qol: Almeyda, 36
Baş hakim: Oliver Draxta (Avstriya)
Bakı. T.Bəhramov adına Respublika stadionu


"QARABAĞ": 13. İbrahim Şehiş, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli,  55. Bədavi Hüseynov,  2. Qara Qarayev, 10. Dani Quintana, 20. Riçard Almeyda, 67. El Jadeyaou, 9. Reynaldo, 90. Samuel Armenteros
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev,  18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 8. Miqel Markos Madera, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev, 29. Rudell Pupon
Baş məşqçi: Qurban Qurbanov.



"ANDERLEXT": 1. Silvio Proto (k), 3. Olivye Deşaxt, 37. İvan Obradoviç, 4. Serigne Mbodji, 7. Endi Najar, 10. Dennis Praet, 16. Steven Defur, 30. Jiliyam Gillet, 32. Leander Dendonker, 93. İmoh Ezekiel, 99. Stefano Okaka
Ehtiyat oyunçular: 33. Dav Roef, 14. Bram Nuytink, 18. Frank Açempong, 31. Yuri Tielemans, 9. Matias Suares, 17. İbrahima Konte, 26. İdrissa Sulla
Baş məşqçi: Besnik Hasi

 

 

“Monako” (Fransa) – “Tottenhem” (İngiltərə) - 1:1
Qollar: Stefan El-Şaaravi, 81Lamela, 35
Baş hakim: Artur Dias (Portuqaliya)
Monako. “Stade Louis II" 

“MONAKO”: Daniel Subaşiç, Fabinyo, Fabiu Koentrau, Rikardu Karvalyu, Andrea Radji, Joau Moutinyu, Bernardu Silva, Adama Traore, Toma Lemar, Jeremi Tulalan, Lasina Traore

Ehtiyat oyunçular: Pol Nardi, Santos Uollas, Nabil Dirar, Temya Bakayoko, Mario Paşaliç, Quido Karrilo, Stefan El-Şaaravi

 

“TOTTENHEM”: Uqo Lloris, Denni Rouz, Tobi Alderveyreld, Yan Vertonqen, Grik Dayer, Kiran Trippyer, Erik Lamela, Dele Alli, Naser Şadli, Kristian Eriksen, Harri Keyn

Ehtiyat oyunçular: Mişel Vorm, Federiko Fasio, Kevin Vimmer, Andros Taunsend, Tomas Kerroll, Qarri Uinks, Klinton Njie

 

 

 

"Tottenhem"

2

1

1

0

4:2

4

  

 

"Qarabağ"

2

1

0

1

2:3

3

  

 

"Monako"

2

0

2

0

2:2

2

  

 

"Anderlext"

2

0

1

1

1:2

1

 

0