[b]“Qəbələ” uduzdu, Salonikidə bərabərlik [/b]
02.10.2015 - 00:56
[b]“Qəbələ” uduzdu, Salonikidə bərabərlik  [/b]

Avrokubokdakı təmsilçimizdən "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti sınağına çıxıb. Apasport.az saytının məlumatına görə, Roman Qriqorçukun yetirmələri Rusiyada “Krasnodar”ın qonağı olublar.

 

İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək, xal ehtiyatını artırmaq niyyətində idi.

 

Ancaq matça ev sahibləri fəal başlayıblar. 8-ci dəqiqədə Vanderson erkən qola imza ataraq komandasını hesabda önə çıxarıb. İlk yarı bu hesabla tamamlanıb.

 

İkinci hissəyə isə təmsilçimiz qolla başlayıb. Fasilədən sonra 6-cı, oyunda isə 51-ci dəqiqədə Dodo Antonovun ötürməsindən maksimum yararlanaraq bərabərliyi təmin edib.

 

Ancaq oyunun nəticəsini ruslar təyin edib. Smolov 84-cü dəqiqədə azərbaycanlı futbolsevərlərin "kefin soğan doğrayıb".

 

Bu oyuna qədər avrokubokda ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb.

 

Qrupun digər oyununda isə ilk matçda Bakıda "Qəbələ" ilə qolsuz bərabərliyə razılaşan PAOK öz meydanında Dortmund "Borussiya"sına uduzmayıb. Qarşılıqlı vurulan 1 qol, hər komandaya 1 xal qazandırıb.

 

Avropa Liqası, qrup mərhələsi

II tur

1 oktyabr

 

 

C qrupu

 

“Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) - 2:1
Qollar: Vanderson, 8; Smolov, 84  - Dodo, 51
Baş hakim: Marçin Borski (Polşa)
Krasnodar. “Kuban” stadionu

“KRASNODAR”: 88. Andrey Sinitsin, 3. Stefan Strandberq, 5. Artur Yedrjeyçik, 6. Andreas Qrankvist (k), 17. Vitali Kaleşin, 7. Pavel Mamayev, 8. Yuri Qazinski, 10. Odil Axmedov, 77. Çarlz Kabore, 9. Ari, 14. Vanderson

Ehtiyat oyunçular: 31. Andrey Dikan, 27. Raqnar Siqurdson, 18. Vladimir Bıstrov, 21. Rikardo Laborde, 22. Joazinyo, 98. Sergey Petrov, 90. Fyodor Smolov

Baş məşqç: Oleq Kononov

 

“QƏBƏLƏ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 10. Dodo (k), 19. Aleksey Qay, 88. Derlis Meza Kolli, 9. Sergey Zenyov, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 33. David Pietrzkieviç, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 7. Ermin Zets

Baş məşqçi: Roman Qriqorçuk

 

 PAOK (Yunanıstan)  - "Borussiya" (Dortmund, Almaniya) - 1:1
Qol: Mak, 34 - Gastro, 72

Baş hakim: Anthoni Teylor (İngiltərə) 

Saloniki, “Stadio Toumba” 

 

 "Borussiya"

2

1

1

0

3-2

4

 "Krasnodar"

2

1

0

1

3-3

3

 PAOK

2

0

2

0

1-1

2

 "Qəbələ"

2

0

1

1

1-2

1

 

0