[b]AVRO-2016: Millimiz İtaliya və Çexiya ilə eyni qrupa düşdü[/b]
02.10.2015 - 14:52
[b]AVRO-2016: Millimiz İtaliya və Çexiya ilə eyni qrupa düşdü[/b]

Bu gün futzal üzrə AVRO-2016-nın final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, gələn il fevralın 2-dən 13-dək Serbiyada təşkil olunacaq yarışın 12 iştirakçısı 4 qrupa bölünüb.

 

Azərbaycan millisi ardıcıl 4-cü dəfə qatılacağı final mərhələsində D qrupunda mübarizə aparacaq. Komandamız İtaliya və Çexiya ilə qarşılaşmalarda qüvvəsini sınayacaq.

 

A qrupu: Serbiya, Portuqaliya, Sloveniya

B qrupu: İspaniya, Ukrayna, Macarıstan

C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan

D qrupu: İtaliya, Çexiya, Azərbaycan

 

Püşk zamanı 3-cü səbətdə qərarlaşan komandamız fevralın 3-də 1-ci səbətdən çıxan son Avropa çempionu İtaliya ilə qarşılaşacaq.  İkinci turun fevralın 5-də keçiriləcək matçında isə yığmamızın rəqibi Çexiya olacaq. Millimiz son turda – fevralın 7-də istirahət edəcək.

 

Qruplarda ilk iki yeri tutan komandalar ayın 8-9-da 1/4 finalda gücünü sınayacaq. Fevralın 11-də yarımfinal, 13-də III yer uğrunda qarşılaşma və final baş tutacaq.

 

 

0