[b]“Arada böyük uçurum var” - Dani Quintana[/b]
02.10.2015 - 12:01
[b]“Arada böyük uçurum var” - Dani Quintana[/b]

“Asan olmayacağını hamı bilirdi. Birinci hissədə yaxşı oynadıq, hesabı açdıq. Riçard Almeydanın qolu rəqibin oyun intizamını bir qədər pozdu”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qarabağ” klubunun yarımmüdafiəçisi Dani Quintana deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Anderlext”lə qarşılaşan və qalib gələn “Qarabağ” həm də cari mövsümdə aktivinə 3 xalını yazdırdı. Ancaq bu qələbə təmsilçimizə heç də asan başa gəlməyib. Xüsusilə, ikinci hissədə xeyli əziyyət çəkən Qurban Qurbanovun yetirmələri diqqətini hesabı qorumağa yönəldib: “Fasiləyə üstün yollandığımızdan bilirdik ki, rəqib ikinci hissədə təzyiq edəcək. Buna görə də qol buraxmamaq üçün əsas diqqətimizi müdafiə olunmağa yönəltmişdik. Üstəlik, onlar fiziki cəhətdən də güclüdürlər. Bilirdik ki, standart vəziyyətlər zamanı da təhlükəli olurlar”.

 

Yarımmüdafiəçi qazonun bərbad olduğunu, oyuna mənfi təsir göstərdiyini də dilə gətirib: “Ot örtüyü yeni salınıb. Belə meydançada oynamaq çox çətindi. Buna görə də çoxsaylı səhvlərə yol verirsən. “Tottenhem”in qazonu ilə bunu heç müqayisə etməyə dəyməz. Çünki arada böyük fərq, uçurum var”.

 

0