[b]Dmitri Nazarov: Rəqibi ağır döyüş gözləyir[/b]
02.10.2015 - 13:54
[b]Dmitri Nazarov: Rəqibi ağır döyüş gözləyir[/b]

“Son 2 oyunda özümüzü yaxşı tərəfdən göstərə bilmişik. “Düsseldorf”la ev, “Haydenheym”lə səfər matçında pis nəticəyə imza atmadıq. Komandada əhval-ruhiyyə yaxşıdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının və “Karlsrue” klubunun futbolçusu Dmitri Nazarov deyib.

 

Yığmamızın üzvünün komandası II Bundesliqanın X turu çərçivəsində oktyabrın 4-də “Frayburq”u qəbul edəcək.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən Nazarov komandasına inandığını bildirib: “Biz doğru yoldayıq. Son oyunlardakı nəticələr irəliyə doğru addımladığımızı göstərir. Amma çox işləməliyik. Xırda məqamlara belə, fikir verməliyik. Əlimizə düşən bütün imkanlardan yararlansaq, yaxşı nəticə əldə edə bilərik”.

 

O qeyd edib ki, “Frayburq”la görüşdə doğma meydan amili onlar üçün üstün cəhətlərdən biridi: “Oyun bizim meydanımızda keçiriləcək. Azarkeşlərimizin qarşısında “Frayburq”a qalib gəlmək olar. Rəqibi ağır döyüş gözləyir. Biz həmişə evdəki oyunlarda 100 faizlik nəticəyə imza atmağa çalışırıq”. 

 

Qeyd edək ki, 9 turdan sonra aktivində 8 xal olan “Karlsrue” turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. 

0