“Qəbələ”yə qarşı oynamış müdafiəçi yığmamızın rəqibinə çağırıldı
02.10.2015 - 16:40
“Qəbələ”yə qarşı oynamış müdafiəçi yığmamızın rəqibinə çağırıldı

Avro-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Norveç millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Per-Matias Höqmo 23 futbolçuya dəvət göndərib.

 

Seçmə mərhələnin son iki matçında müvafiq olaraq Malta (10 oktyabr, Oslo) və İtaliya ilə (13 oktyabr, Roma) qarşılaşacaq skandinaviyalıların heyətində bəzi dəyişikliklər diqqət çəkir. Höqmo əsas hücumçulardan sayılan Adama Diomande və Havard Nilseni bu dəfə yığmaya çağırmayıb.

 

İyunda Azərbaycan yığmasına qarşı matçda çıxış etmiş Veqar Eggen Hedenstad, Steffen Hagen, Per Egil Flo, Maqnus Volff Eikrem, Anders Konradsen və Fredrik Qulbrandsen ötən aykı toplanışda olduğu kimi, yenə dəvətlilər arasında olmayıblar.

 

Norveç yığmasına çağırılan futbolçular arasında “Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Krasnodar”ın müdafiəçisi Stefan Strandberq də var. 25 yaşlı futbolçu dünən təmsilçimizlə qarşılaşmada 90 dəqiqə meydançada olub.

 

Norveç yığmasının heyəti:

Qapıçılar: Rune Yarstein (“Herta”, Almaniya), Oryan Niland (“İnqolştadt”, Almaniya), Andre Hansen (“Rusenborq”)

Müdafiəçilər: Havard Nordtveit (“Borussiya”, Mönxenqladbax, Almaniya), Veqard Forren, Martin Linnes (hər ikisi “Mölde”), Omar Elabdellaui (“Olimpiakos”, Yunanıstan), Even Hovland, (“Nürnberq”, Almaniya), Stefan Strandberq (“Krasnodar”, Rusiya), Haytam Alesami (“Geteborq”, İsveç), Yonas Svensson (“Rusenborq”)

Yarımmüdafiəçilər: Per Silyan Skyelbred (“Herta”, Almaniya), Aleksandr Tetti (“Norviç”, İngiltərə), Stefan Yohansen (“Seltik”, Şotlandiya), Markus Henriksen (“Alkmar”, Hollandiya), Valon Berişa (“Zalsburq”, Avstriya), Martin Odeqard (“Real”, İspaniya), Ole Selnaeş (“Rusenborq”)

Hücumçular: Aleksander Soderlund, Pal Andre Helland (hər ikisi “Rusenborq”), Joşua Kinq (“Burnemut”, İngiltərə), Jo İnqe Berget (“Malmö”, İsveç), Veton Berişa (“Qreyter Fürt”, Almaniya).

 

Qeyd edək ki, Norveç bu seçmə mərhələdə Bakıda millimizi 1:0 hesabı ilə məğlub etmişdisə, Oslodakı qarşılaşmada qolsuz bərabərlik qeydə alınmışdı.

0