[b]Rusiyanın Azərbaycandakı səfiri Dünya Kubokunda - FOTOSESSİYA[/b]
02.10.2015 - 17:35
[b]Rusiyanın Azərbaycandakı səfiri Dünya Kubokunda - FOTOSESSİYA[/b]

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşünə təşrif buyurub. Apasport.az Dünya Kubokunun mətbuat xidmətinə istinadən xəbər verir ki, səfir Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovla görüşərək Dünya Kubokunun gedişatı ilə maraqlanıb.

 

Mötəbər yarışın təşkilatçılığını yüksək qiymətləndirən səfir Vladimir Doroxin finalda Rusiyanın iki şahmatçısının mübarizə aparmasını xüsusi vurğulayıb. 

0