“Real”ın futbolçusuna “Mançester Yunayted”dən təklif
02.10.2015 - 17:51
“Real”ın futbolçusuna “Mançester Yunayted”dən təklif

Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroos karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, almaniyalı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.

 

“Mankunianlar” Kroosu mövsümün sonunda heyətlərinə qatmaq arzusundadılar. Artıq indidən futbolçunun özü ilə danışıqlara start verilib. Hələ ki, Kroos qarşı tərəfin təklifinə cavab verməyib.

 

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Kroos 2014-cü ildən “Real”ın şərəfini qoruyur. 

0