[b]Lionel Messi və Kristiano Ronaldonun hələ qıra bilmədikləri 10 rekord[/b]
03.10.2015 - 00:43
[b]Lionel Messi və Kristiano Ronaldonun hələ qıra bilmədikləri 10 rekord[/b]

Dünya futbolunun son illərdəki ən böyük 2 ulduzu heç şübhəsiz ki, Lionel Messi və Kristiano Ronaldodur. Bu iki super ulduz zaman keçdikcə yeni rekordlar qırırlar, ancaq dünya futbolunda bəzi nəticələr var ki, bu ikili hələ ki onları yeniləyə bilməyiblər.

 

Apasport.az saytı həmin rekordları təqdim edir.

 

10. Avrokuboklarda ən yaxşı qol ortalaması olan futbolçu.

 

Ronaldonun ən yaxşı ortalama qol statistikası bir mövsümdə 0,67 olub. Messidə isə bu göstərici 0,77-dir.

 

Alman futbolunun unudulmaz adlarından biri Herd Müller isə 0,97 qol ortalaması ilə rekordu əlində saxlayır.

 

9. Avrokuboklarda bir mövsümdə ən çox qol vuran futbolçu

 

Hər il Avropa arenasında çıxış edən bu iki futbolçudan Lionel Messi ən çox qolu 2011/12 mövsümündə vurub – 14 qol.

 

Buna qarşılıq Ronaldoda isə bu göstərici 2013/14 mövsümündə vurduğu 17 qoldu.

 

Rekord isə Radamel Falkaoya aiddi. Kolumbiyalı futbolçu 2010/11 mövsümündə “Porto”da çıxış edərkən 18 qol vurmuşdu.

 

8. Çempionlar Liqasında üst-üstə ən çox mövsümdə qol vurma rekordu

 

Ronaldo və Messi artıq ardıcıl olaraq 10 mövsümdü ki, ÇL-də qol sevinci yaşa bilirlər. Ancaq hələ “Real”ın əfsanəsi Raula çata bilməyiblər. İspan futbolçuda bu göstərici ardıcıl 14 mövsümdü.

 

7. Çempionlar Liqasında qol vurmuş ən yaşlı futbolçu

 

Təbii ki, yaşlarına görə, nə Ronaldo, nə də Messinin bu rekordu qıra bilməmələri təəccüblü deyil.

 

Rekord isə 25 noyabr 2014-cü ildə Moskva MOİK-i ilə oyunda fərqlənərkən 38 yaş, 1 ay, 29 günlüyündə olan “Roma”nın əfsanə kapitanı Françesko Tottiyə aiddi.

 

6. Çempionlar Liqasında ən çox mövsüm oynama rekordu

 

Həm Messi, həm də Ronaldoda 10 ildir davam edən ÇL macərası hələ ki, rekorda çatmayıb.

 

Rekord isə Rayan Giqqzə aiddi. Uelsli futbolçu ardıcıl 16 mövsüm Avropanın ən nüfuzlu klub turnirində çıxış edib.

 

5. Çempionlar Liqasıında ən sürətli het-trik

 

İki futbolçu da karyeraları boyunca saysız-hesabsız het-trikə imza atıblar. Ancaq onlardan heç biri ÇL-də ən sürətli het-trikə sahib deyillər.

 

Ronaldonun ən sürətli het-triki 2015-ci ildə “Real” forması ilə 27 dəqiqədə “Şaxtyor”a vurduğu 3 qoldur.

 

Messi isə 2012-ci ildə “Bayer Leverkuzen”ə 16 dəqiqədə 3 qol vurmuşdu.

 

Bu göstəricidə rekordçu isə 2011-ci ildə “Lion” forması ilə “Dinamo Zaqreb”ə qarşı 8 dəqiqədə het-trik edən bafetimbi Qomisdi.

 

4. Çempionlar Liqasının ən sürətli qolu

 

Kristiano Ronaldo və Lionle Messinin ən sürətli ÇL qolu 4-cü dəqiqəyə təsadüf edir.

 

Ancaq hollandiyalı hücumçu Roy Makaay “Bavariya” forması ilə “Real”a 10,12 saniyədə qol vuraraq mütləq rekordu əlində saxlayır.

 

3. Çempionlar Liqasında ən çox komanda ilə qol vuran oyunçu

 

Kristiano Ronaldo karyerası boyunca 3 klubun formasını geyinib – “Sportinq”, “Mançester Yunayted” və “Real”. Portuqaliyalı futbolçu son iki klubla ÇL-də qol sevinci yaşayıb. Messi isə karyerasında sadəcə bir klubun – “Barselona”nın formasını geyinib.

 

Bu sahədə rekordçu isə Zlatan İbrahimoviçdi. İsveçli hücumçu 6 müxtəli komanda – “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə ÇL-də qol sevinci yaşayıb.

 

2. Ən çox komanda ilə Çempionlar Liqası çempionu olma rekordu

 

Kristiano Ronaldo “Manester Yunayted” və “Real” ilə ÇL qalibi olmağı bacarıb. Messinin isə aydındı ki, karyerasında sadəcə bir komanda olub – “Barselona”.

 

Bu sahədə rekordçu 3 ayrı komanda ilə ÇL kubokunu qazanmış Klarens Zeedorfdu. Hollandiyalı futbolçu “Ayaks”, “Real” və “Milan” ilə birlikdə bu uğura imza atıb.

 

1. Avrokubok finallarında ən çox vuran futbolçu

 

UEFA bayrağı altında keçirilən Avroliqa və Çempionlar liqası finallarında bu günə qədər hər iki ulduz iki dəfə fərqlnməyi bacarıblar.

 

Rekord isə hərəsinə 7 qolla iki əfsanəvi “Real”lı futbolçular – Alfredo Di Stefano və Ferenc Puşkaşa aiddi.

0