[b]"Zirə" 1-ci pilləyə yüksəldi - YENİLƏNİB[/b]
03.10.2015 - 19:51
[b]"Zirə" 1-ci pilləyə yüksəldi - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasının VII turunda daha bir qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, turun ikinci oyun gününün tək oyunu Zirədə keçirilib.

 

Premyer Liqanın debütantı “Zirə” “Neftçi”ni qəbul edib.

 

Ötən mövsümün çempionu və hazırkı lider “Qarabağ”la birlikdə ilk 6 turda yenilməyən iki komandadan biri olan “Zirə” bu seriyasını “ağ-qaralar” qarşısında da davam etdirib.

 

Matçın gedişində azlıqda qalan "ağ-qaralar" enişli-çıxışlı qrafikini davam etdirərək növbəti məğlubiyyətini alıb.

 

Debütant hər hissədə vurduğu bir qolla oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. 

 

Topaz Premyer Liqası

VII tur

 

“Zirə” – “Neftçi” - 2:0

Qol: İvanoviç, 18, Bonilya, 72

Qırmızı vərəqə: Fəhmin Muradbəyli, 47

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev 

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov 

Zirə  İdman Kompleksinin stadionu 

 

“Zirə”: 1. Anar Nəzirov, 39. Sadiq Quliyev, 37. Yovan Krneta, 13. Aleksandr Şemonayev, 5. Adil Nağıyev, 11. Viktor İqbekoyi, 8. Tərzin Cahangirov, 10. İqor İvanoviç, 32. Luis Alberto Diez, 27. Rəşad Abdullayev (k),9. Nelson Bonilla

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 6. Hacı Əhmədov, 7. Rihairo, 2. Çimezi Mbah ,96. Elgün Nəbiyev


“Neftçi”: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 5. Juan Alberto, 6. Aylton Silva, 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev

Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 14. Məhəmməd Qurbanov, 18. Kaue da Silva, 21. Samir Məsimov, 26. Kamal Qurbanov, 16. Əziz Quliyev , 3. Filyo Jairo Rodriges

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

"Zirə"

7

4

3

0

7-2

15

2

"Qarabağ"

6

4

2

0

11-6

14

3

"İnter"

6

4

1

1

5-3

13

4

"Qəbələ"

6

4

1

1

10-4

13

5

"Neftçi"

7

2

3

2

7-7

9

6

"Xəzər Lənkəran"

6

1

3

2

5-5

6

7

"Kəpəz"

6

1

2

3

4-6

5

8

"Sumqayıt"

6

0

4

2

3-5

4

9

 AZAL

7

1

1

5

2-8

4

10

"Rəvan"

7

0

2

5

4-12

2

0