[b]Yığmamız üçün tanış rəqiblər: Onlara qalib gələ bilmirik[/b]
03.10.2015 - 12:04
[b]Yığmamız üçün tanış rəqiblər: Onlara qalib gələ bilmirik[/b]

Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatması Azərbaycan milli komandasını əvvəllər də qarşılaşdığı rəqiblərlə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, 2016-cı il fevralın 2-13-də Serbiyada keçiriləcək yarışda İtaliya və Çexiya ilə birlikdə D qrupunda mübarizə aparacaq yığmamız hər iki rəqibi ilə qarşılaşıb.

 

Yığmamız dünya və qitə çempionatlarında çexiyalılarla 5 dəfə münasibətlərini aydınlaşdırıb. Bu oyunların üçü seçmə mərhələlərə təsadüf edib. AVRO-1996-da 2:10, DÇ-2000-də 4:8, DÇ-2008-də 2:3 hesabı ilə uduzan millimiz seçmə mərhələlərdə rəqibini uda bilməyib.

 

AVRO-2010-un final mərhələsində isə komandalar iki dəfə qarşılaşıb. Həlledici raundda debüt edən yığmamız qrupda Çexiyanı 6:1 hesabı ilə darmadağın etsə də, III yer uğrunda matçda 3:5 hesabı ilə uduzaraq bürüncü əldən verib.

 

İtaliya ilə yeganə qarşılaşma da AVRO-nun finalında baş tutub. 2014-cü ildə qitə çempionu olan appeninlilər eyni qrupda yer aldığı yığmamızı 7:0 hesabı ilə udub.

 

Qeyd edək ki, millimiz gələn il fevralın 3-də İtaliya, 2 gün sonra Çexiya ilə üz-üzə gələcək.

0