[b]Kamran Ağayev oynadı, komandası məğlub oldu[/b]
03.10.2015 - 19:07
[b]Kamran Ağayev oynadı, komandası məğlub oldu[/b]

Milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” Türkiyə PTT 1-ci liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, izmirlilər öz meydanında “Alanayaspor”u qəbul edib.

 

Yeni baş məşqçi Kemal Özdeşin rəhbərliyi altında ilk matçına çıxan “kaf-kaf” oyunboyu öndə olduğu matçın son dəqiqəsində penaltidən buraxdığı qolla 2 xal itirib.

 

Türkiyə PTT 1-ci liqası

VII tur

3 oktyabr

 

Karşıyaka” – “Alanyaspor” - 2:2

Qollar: Gökhan Ünal, 51; 69 - Conatan Ayite, 41. Tayfur Bingöl, 92-p.

Qırmızı vərəqə: İqor Duriç, 82.

0