[b]“Xəzər Lənkəran” Qəbələdə məşqə çıxdı[/b]
03.10.2015 - 20:25
[b]“Xəzər Lənkəran” Qəbələdə məşqə çıxdı[/b]

Sabah “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran” bu gün doğma şəhəri tərk edib. Apasport.az saytının məlumatına görə, "ağ-yaşıllar" bu gün səhər saat 09:00-da Qəbələyə yola düşüb. 


Mənzil başına çataraq “Qafqaz Resort” otelində məskunlaşan komanda 4-saatlıq istirhətdən sonra saat 20:00-da Qəbələ şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb.

0