[b]İtaliya yığmasının Bakıya gələcək heyəti bəlli oldu[/b]
04.10.2015 - 13:20
[b]İtaliya yığmasının Bakıya gələcək heyəti bəlli oldu[/b]

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə eyni qrupda mübarizə aparan İtaliya yığma komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “neradzurra” Bakıya 27 futbolçu ilə gələcək.

 

Baş məşqçi Antonio Konte Azərbaycan və Malta ilə oyunlar üçün aşağıdakı futbolçulara dəvət göndərib.

 

Qapıçılar: Canluici Buffon ("Yuventus"), Salvatore Siriqu (PSJ), Daniel Padelli ("Torino")
 
Müdafiəçilər: Davide Astori ("Fiorentina"), Andrea Barsali ("Yuventus"), Leonardo  Bonuççi ("Yuventus"), Corcio  Kyellini ("Yuventus"), Metteo Darmian ("Mançester Yunayted), De Şilyo ("Milan"), Andrea Ranokkiya ("İnter"),  Davide Santon ("İnter")
 
Yarımmüdafiəçilər: Alessandro Florensi ("Roma"), Andera Bertolaççi ("Milan"), Rikardo Montolivo ("Milan"), Marko Parolo ("Lasio"), Lorenso İnsinye ("Napoli"), Andera Pirlo ("Nyu-York Siti"),Roberto Soriano ("Sampdoriya"), Antonio Kandreva ("Lasio"), Marko Verratti (PSJ)
 
Hücumçular:  Dominiko Berardi ("Sassuolo"), Eder ("Sampdoriya"), El-Şaaravi ("Monako"), Sebastiyan Covinko ("Toronto"), Pelle ("Sautqempton"), Fabio Kvalyarella ("Torino"), Simone Zaza ("Yuventus").
 
Qeyd edək ki, Azərbaycan - İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

0