[b]Millimiz Gürcüstana 5 qol vurdu[/b]
04.10.2015 - 15:13
[b]Millimiz Gürcüstana 5 qol vurdu[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yeniyetmə qızlardan ibarət komandamız Gürcüstan komandası ilə qarşılaşıb.

 

Millilərimiz böyükhesablı qələbə qazanıb – 5:0.

 

Merve Özdemirin het-trik etdiyi qarşılaşmada hərəyə 1 dəfə Dilgə Uyğun və Gültac Məmmədəliyeva fərqlənib.

0