[b]“Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil” – Qurban Qurbanov[/b]
04.10.2015 - 20:58
[b]“Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil” – Qurban Qurbanov[/b]

“Düşünürəm ki, maraqlı oyun oldu. Çox vacib bir oyuna çıxmışdıq. Avropa Liqasının “Anderlext”lə oyununda futbolçular həqiqətən də çox yorulmuşdular. Həmin oyunçuları əvəzləyənlər əllərindən gələni elədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində “İnter”lə qarşılaşan “ağdamlılar”ın baş məşqçisi 2:0 hesablı qələbədən sonra fikirlərini bölüşüb:

 

“İnter” tam fərqli bir komandadır. Bu rəqibə qarşı oynamaq heç də  asan deyil. Belə bir matçda futbolçularımdan razı qaldım, amma sözsüz ki, müəyyən çatışmazlıqlar var. Bu oyundan sonra 2 gün istirahət edə bilərik. Penalti məsələsi barədə çox danışmaq istəmirəm. Penalti mənə şübhəli gəldi. Düşünürəm ki, qapıçı topa oynadı. Oyundan sonra da Lomayadan soruşdum. Mənə dedi ki, topdan sonra futbolçuya dəydim. Şübhəli gəldiyi üçün mən belə bir addım atdım. Mənə şübhəli qərarlardan sonra qazanılan qələbələr lazım deyil. İstəmirəm ki, bu epizodu geniş müzakirə edək. Son vaxtlar belə hallar tez-tez müzakirəyə çıxarılır”.

0