[b]“İlk hissədə “yatdıq” – Zaur Svanadze[/b]
04.10.2015 - 21:02
[b]“İlk hissədə “yatdıq” – Zaur Svanadze[/b]

“İlk hissədə “yatdıq”. İkinci hissədə yaxşı oynamağa başlasaq da, şanslardan yararlana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində öz meydanında “Qarabağ”a məğlub olan (0:2) “bankirlər”in baş məşqçisi matç haqqında fikirlərini çaıqlayıb:

 

“Qarabağ” çox yaxşı komandadır. Onlara gələcək oyunlarda uğurlar arzulayıram. Verilən penalti barədə nə deyə bilərəm? Mən epizoddan uzaq idim. Düşünürəm ki, Lomaya topa oynamışdı. “Qarabağ”ın oyunçusu isə topu, məncə, bilərəkdən kənara vurdu.  Biz epizoda baxmalı və daha sonra bu barədə konkret fikir bildirə bilərik”.

0