“Telekom” ikinci matçda məğlub oldu
05.10.2015 - 08:14
“Telekom” ikinci matçda məğlub oldu

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Telekom” Türkiyədə Çengiz Göllünün xatirəsinə həsr olunan beynəlxalq turnirdə ikinci matçına çıxıb. Apasport.az saytının məlumatına görə, ilk matçda ev sahibi “Bursa BB”ni 3:0 hesabı ilə məğlub edən Bakı təmsilçisi bu dəfə Polşa çempionatının gümüş medalçısı “Atom”la üz-üzə gəlib.

 

Gərgin keçən qarşılaşmada rəqib qələbə qazanıb. Voleybolçularımız 1:3 (16:25; 23:25; 26:24; 22:25) hesabı ilə uduzsalar da, sonadək mübarizə aparmaqları ilə diqqət çəkiblər.

 

Zoran Qayiçin yetirmələrindən Ana Priyeva 20, Yelizaveta Səmədova 19, Kseniya İvanoviç 10, Qabriela Koyeva 7, Xristina Ruseva 5 və Marqarita Əzizova 3 xal toplayıb.

 

Turnirin digər matçlarında “Bursa BB” “Qalatasaray”ı 3:1 (25:16, 25:22, 22:25, 25:23) məğlub etdiyi halda “Proton” (Rusiya) “Kann”a (Fransa) 1:3 (21:25, 25:22, 22:25, 23:25) hesabı ilə uduzub.

 

Atom

2

2

0

6-1

6

Telekom

2

1

1

4-3

3

Proton

2

1

1

4-3

3

Kann

2

1

1

3-4

3

Bursa BB

2

1

1

3-4

3

Qalatasaray

2

1

1

1-6

0

 

Qeyd edək ki, “Telekom” bu “Qalatasaray”la oynayacaq. Matç Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

0