[b]“Qarabağ”ın rəqiblərindən qollu bərabərlik[/b]
05.10.2015 - 08:17
[b]“Qarabağ”ın rəqiblərindən qollu bərabərlik[/b]

“Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibləri ölkə çempionatında növbəti matçlarına çıxıblar. Apasport.az saytının məlumatına görə, həm “Tottenhem”, həm “Monako”, həm də “Anderlext” 1 xalla kifayətləniblər.

 

“Tottenhem” İngiltərə Premyer Liqasının VIII turunda “Suonsi” səfərində büdrəyib. Düzdü, London klubu matçın gedişində iki dəfə hesabda geriyə düşüb. Lakin hər iki halda Kristian Eriksenin (27, 65) qolları sayəsində bərabərliyi təmin edib. Nəticəsə qarşılaşma heç-heçə də (2:2) nəticələnib. Maraqlıdı ki, “Suonsi”nin ilk qolunu Andre Ayyu (16) vursa da, “Tottenhem”in əsas qol silahı Harri Kin 31-ci dəqiqədə qapıları səhv salaraq, avtoqol müəllifi olub. 8 turdan sonra “Tottenhem” 13 xalla 8-ci pillədə qərarlaşıb.

 

“Qarabağ”ın növbəti turdakı rəqibi “Monako” Fransa La Liqasının IX turu çərçivəsində “Renn”i qəbul edib. Abdulaye Dukurenin 41-ci dəqiqədəki qolu sayəsində qonaqlar hesabı açsalar da, 10 dəqiqə sonra Uollas status-kvonu bərpa edib – 1:1. Mövsümə elə də uğurlu start götürməyən “Monako” aktivindəki 13 xalla hazırda turnir cədvəlinin 10-ci pilləsində yer alır.

 

“Anderlext” isə Belçika çempionatının X turunda “Mexelen”i qonaq edib. Stefano Okaka 55-ci dəqiqədə hesabı açıb. Lakin ev sahibləri son dəqiqə qolu sayəsində qələbəni əldən veriblər. Kara Mbodji 90+3-cü dəqiqədə avtoqol müəllifi olub. Maraqlısı burasındadı ki, “Anderlext” matçın gedişində düz 3 dəfə penalti vurmaq hüququ qazansa da, heç birindən yararlana bilməyib. 7-ci dəqiqədə Dennis Praet, 14-cü dəqiqədə Stefano Okaka, 89-cu dəqiqədə isə Yuri Tilemans zərbəni qola çevirə bilməyib. Bu nəticə ilə 3-cü yerə düşən “Anderlext”in aktivində 19 xal var.

0