[b]Millimizlə oyunöncəsi Bolqarıstan yığmasında problem[/b]
05.10.2015 - 09:05
[b]Millimizlə oyunöncəsi Bolqarıstan yığmasında problem[/b]

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə oyuna hazırlaşan Bolqarıstan yığması problemlə üzləşib. Apasport.az saytı xəbər verir ki, bolqarların aparıcı oyunçularından olan İvelin Popov zədələnib.

 

Moskva “Spartak”ının da üzvü olan yarımmüdafiəçi Rusiya çempionatında “Mordoviya” ilə görüşdə zədə alıb. Dünən Bolqarıstana gedən futbolçu dərhal tibbi müayinəyə göndərilib.

 

İlkin tibbi baxışdan sonra məlum olub ki, Popovun ayaq əzələsində qıcolma baş verib. 28 yaşlı xavbekin Bolqarıstan yığmasının məşqlərinə qoşulub-qoşulmayacağı hələ bilinmir.

 

Təcrübəli futbolçu sabah ikinci dəfə tibbi müayinədən keçəcək və məhz bundan sonra onun vəziyyətinə tam aydınlıq gələcək. İstənilən halda, Popovun oktyabrın 10-da Xorvatiya ilə keçiriləcək oyunda iştirak etməmək ehtimalı yüksəkdi.

 

Qeyd edək ki, bolqarların Azərbaycan yığması ilə görüşü isə oktyabrın 13-də baş tutacaq.  

0