İtaliya yığmasının Bakıdakı məşqinin saatı məlum oldu
05.10.2015 - 09:05
İtaliya yığmasının Bakıdakı məşqinin saatı məlum oldu

Avro-2016-nın seçmə mərhələsində keçiriləcək Azərbaycan – İtaliya oyunu ərəfəsində baş tutacaq mətbuat konfransının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, oktyabrın 10-da Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma öncəsi ilk olaraq millimizin baş məşqçisi Robert Prosineçki jurnalistlər önünə çıxacaq.

 

Oktyabrın 9-da saat 18:45-də keçiriləcək konfransdan yarım saat sonra millimiz məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

İtaliya millisi isə əvvəlcə məşq edəcək. Saat 20:30-da keçiriləcək hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. Saat 21:30-da isə “Skuadra Adzurra”nın çalışdırıcısı Antonio Konte mətbuat konfransında iştirak edəcək.

 

Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.

0