[b]Dodo: Mən 5-ci saniyədə də qol vurmuşam – MÜSAHİBƏ[/b]
05.10.2015 - 09:48
[b]Dodo: Mən 5-ci saniyədə də qol vurmuşam – MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının VII turu çərçivəsində “Xəzər Lənkəran” üzərində 6:0 hesablı qələbə qazanan “Qəbələ” klubunun kapitanı, matçın 8-ci saniyəsində fərqlənən braziliyalı hücumçu Dodonun apasport.az saytına müsahibəsi

 

- Görüşlə bağlı təəssüratınızı bilmək maraqlı olardı...

- “Qəbələ” üçün gözəl oyun oldu. Həm böyük hesablı qələbə qazandıq, həm də yaxşı oyun sərgilədik. Vacib xallar qazandıq.  

 

- Erkən qol vurmaqla, həm də cari mövsümün hələ ki ən tez vurulan qolunun müəllifi oldunuz. Bu qədər erkən fərqlənəcəyinizi gözləyirdinizmi?

- Əlbəttə, buna görə şadam. Amma bundan əvvəl də erkən qol vurmuşdum. Zaqreb “Dinamo”sunda oynayan vaxt 5-ci saniyədə rəqibi məyus etməyi bacarmışdım. Təbii ki, bu qol özünəinam yaratdı. Nəticədə ardını da gətirdik. Artıq xal ehtiyatımızı artırmalıyıq.

 

- Bəs hesabın bu cür olacağını necə?

- Hər bir oyun “Qəbələ” üçün vacibdi. Məqsədimiz təbii ki, öncə 3 xal qazanmaqdı. Çox qol vurub buna nail olmaq isə ancaq sevindirici məqamdı. Bütün bu qolları klubun azarkeşlərinə, rəhbərliyinə həsr edirik. Futbolçu kimi borcumuz onları qələbələrimizlə, vurduğumuz qollarla sevindirməkdi. Çox qol vurmaq müsbət aura yaradır. Buna görə də hər kəsi təbrik edə bilərəm.

 

- Bəs bu qədər qol vurduğunuz oyunu çox az sayda azarkeşin izləməsi sizi məyus etmirmi?

- Əlbəttə, edir. Biz oyunumuzu oynayırıq. Tribunada 1, 2, 3 azarkeş olsa da, meydana çıxıb mübarizəmizi aparacağıq. Ancaq onları yanımızda görmək, əlbəttə sevindirərdi bizi.

 

- Onlar niyə həm də Avropa Liqasının qrup mərhələsində çıxış edən bir komandanı dəstəkləmək üçün stadiona gəlmirlər?

- Bir neçə səbəbi var. Birincisi, hava əlverişsiz idi. Oyundan əvvəl də, oyun saatında da güclü yağış yağırdı. Həm də qarşılaşmanın başlama vaxtı düzgün seçilməyib. Saat 21:00-da başlayan oyun azarkeşlər üçün uyğun vaxt deyil.

 

- Ancaq başqa ölkələrdə bundan da güclü yağış altında tribunaları dolduran azarkeşlər görmüşük...

- Siz İngiltərədən, başqa ölkələrdən misallar çəkirsiniz. Amma Azərbaycanda bu vaxtda stadiona gəlmək müşkül məsələdi.

 

- Növbəti turda daha güclü rəqiblər qarşılaşacaqsınız. “Neftçi” ilə haqda indidən düşünürsünüzmü?

- Həmin oyuna kifayət qədər vaxtımız var. Yaxşı məşq edəcəyik, hazırlaşacağıq. Təbii ki, rəqibdən asılı olaraq, məqsədimiz dəyişmir.

 

- Meydanı zədələndiyinizə görə tərk etdiniz?

- Xeyr, zədəm yoxdu. Növbəti oyunda komandama kömək edə biləcəm. Baş məşqçi belə məsləhət bildi, məni əvəzlədi.

 

0