[b]Yaşar Vahabzadə yığmaya 20 futbolçu çağırdı[/b]
05.10.2015 - 09:49
[b]Yaşar Vahabzadə yığmaya 20 futbolçu çağırdı[/b]

Azərbaycan millisinin (U-21) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya və Finlandiya yığmaları ilə görüşə 20 futbolçu dəvət edib.

 

Belə ki, təcrübəli mütəxəssis bu qarşılaşmalar üçün Fəhmin Muradbəyli, Elvin Bədəlov, Məqsəd İsayev, Rahil Məmmədov (hamısı Neftçi), Şahrudin Maqomedaliyev, Cəmil Hacıyev, Tərlan Əhmədli (hər üçü “Sumqayıt”), Adil Nağıyev, Tellur Mütəllimov (hər ikisi “Zirə”), Rəşad Əzizli, Nicat Muxtarov, Abbas Hüseynov, Fuad Bayramov (hamısı “İnter”), Budaq Nəsirov, Azad Kərimov (hər ikisi “Kəpəz”), Azər Salahlı (“Qarabağ”), Tural Hümbətov (AZAL), Elvin Camalov (“Qəbələ”), Kerem Behnke və Taşkın İlteri (hər ikisi TSG Neustrelitz, Almaniya) düşərgəyə çağırıb.

 

Qeyd edək ki, Avstriya ilə matç oktyabrın 9-da səfərdə, Finlandiya ilə görüş isə oktyabrın 13-də Bakıda olacaq.

 

 

 

0