[b]Azərbaycan Boks Federasiyasının rəsmiləri Yusuf Əli Əl Kazımla görüşüblər[/b]
05.10.2015 - 10:07
[b]Azərbaycan Boks Federasiyasının rəsmiləri Yusuf Əli Əl Kazımla görüşüblər[/b]

“Qətərin paytaxtı Doha boks üzrə dünya çempionatını qəbul etməyə hazırdı”. Apasport.az saytının məlumatına görə, bunu AİBA rəsmiləri ilə söhbətdə yerli federasiyanın prezidenti Yusuf Əli Əl Kazım deyib.

 

Yarışdan öncə AİBA prezidenti Çinq Ko Vu və beynəlxalq federasiyanın İcraiyyə Komitəsinin üzvlərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və ABF-nin baş katibi Nağı Səfərov təmsil edib. Dünya çempionatı ilə bağlı toplantı iştirakçılarına məlumat verən Çinq Ko Vu yarışın yüksək səviyyədə keçəcəyinə əminliyini deyib. ABF rəsmiləri ilə Qətər Boks Federasiyasının prezidenti Yusuf Əli Əl Kazım arasında görüş keçirilib.

 

Qeyd edək ki, mundial sabah start götürəcək. Yarışda 73 ölkənin 260 idmançısı gücünü sınayacaq.

0