Petev millidən imtina edən futbolçunu Xristovla əvəzlədi - FOTO
05.10.2015 - 10:20
Petev millidən imtina edən futbolçunu Xristovla əvəzlədi - FOTO

 

Bolqarıstan yığmasında heyətdən kənarlaşdırılan Andrey Qalbinovu kimin əvəzləyəcəyi məlum olub. Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi İvaylo Petev “Novara”nın futbolçusunun əvəzinə Ventsislav Xristovu yığmaya dəvət edib.

 

“Skenderbeu”nun hücumçusu Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Azərbaycan yığmaları ilə oyunarın hazırlıq prosesində Bolqarıstan millisinin heyətində yer alacaq.

 

Qalbinov yığmaya çağırılsa da, oyun praktikasının az olduğunu əsas gətirərək, millinin düşərgəsinə gəlməkdən imtina etmişdi.

 

Qeyd edək ki, bolqarların Xorvatiya ilə görüşü oktyabrın 10-da, millimizlə matçı isə 3 gün sonra baş tutacaq. 

 

 

0