[b]“Liverpul”: Rojers getdi, Klopp gəlir[/b]
05.10.2015 - 10:41
[b]“Liverpul”: Rojers getdi, Klopp gəlir[/b]

“Liverpul” baş məşqçisi Brendan Rojerslə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, buna komandanın uğursuz çıxışı səbəb olub.

 

Premyer Liqanın VIII turunda “Everton”la heç-heçə edən (1:1) “qırmızılar” hazırda 12 xalla 10-cu pillədə qərarlaşır. Uğursuz startı nəzərə alan klub rəhbərliyi Rojerslə müqaviləni ləğv etməyi qərara alıb.

 

Artıq yeni baş məşqçi böyük ölçüdə müəyyənləşib. “Goal.com” saytının məlumatına görə, bu posta Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Yurgen Klopp gətiriləcək. Almaniyalı mütəxəssisin ilkin razılığı da alınıb. Anlaşmaya əsasən, Klopp 2018-ci ilə qədər “Liverpul”un “sükanı” arxasında oturacaq. Keçidin bu həftə rəsmiləşməsi gözlənilir.

 

Qeyd edək ki, Brendan Rojers 2012-ci ildən bəri “Liverpul”da çalışıb.

0