Qazaxıstan – Hollandiya oyununa azərbaycanlı hakim-inspektor
05.10.2015 - 10:47
Qazaxıstan – Hollandiya oyununa azərbaycanlı hakim-inspektor

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinatını alıb. Apasport.az saytının məlumatına görə, o, Avro-2016-nın seçmə oyunu zamanı iş başında olacaq.

 

Xudiyev A qrupu çərçivəsində baş tutacaq Qazaxıstan - Hollandiya matçının hakim-inspektoru kimi fəaliyyət göstərəcək. Bu qarşılaşma oktyabrın 10-da, Astana şəhərində oynanılacaq.

 

Qeyd edək ki, Asim Xudiyev son olaraq Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 1-də keçirilən “Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya) oyununa təyinat almışdı.

 

Mənbə: affa.az

0