“Barselona” Koutinyonun razılığını aldı
05.10.2015 - 12:45
“Barselona” Koutinyonun razılığını aldı

“Barselona” qış “transfer pəncərəsi”ndə heyətinə yeni futbolçu qatmaq arzusundadı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubunun maraq dairəsində olan oyunçu Filipp Koutinyodu.

 

İspanlar “Liverpul”un formasını geyinən yarımmüdafiəçini nəyin bahasına olursa-olsun, transfer etməyi planlaşdırırlar. Braziliyalı futbolçunun özü ilə razılıq artıq əldə olunub.

 

“Liverpul” rəhbərliyi də Koutinyo ilə yolları ayırmağın əleyhinə deyil. Ancaq bunun üçün “Barselona” futbolçunun müqaviləsində tələb olunan məbləği – 30 milyon avronu ödəməlidi. İspanlar isə bu məbləği ödəməkdə tərəddüd edirlər. 

0