[b]İtaliya millisinin meneceri: Azərbaycana qalib gəlsək...[/b]
05.10.2015 - 13:15
[b]İtaliya millisinin meneceri: Azərbaycana qalib gəlsək...[/b]

“Futbol üçün darıxdığımdan yenidən millidə çalışmağa başladım. Amma buradakı işim bir az fərqlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya millisinin meneceri Lelle Oriali deyib.

 

O bildirib ki, AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da Bakıda keçiriləcək səfər oyununa həlledici gözü ilə baxır.

 

Oriali Fransadakı final mərhələsinə vəsiqənin Azərbaycanla görüşdə qazanılmasını arzulayır: “Əsasən təşkilati işlərlə məşğul odluğumdan özünmü idmana direktorun kimi hiss edirəm. Hazırda Azərbaycanla Bakıdakı qarşılaşmaya hazırlaşırıq. Konte yığmada böyük komanda yaradıb. Amma futbolçularımız çox ehtiyatlı olmalıdı. Komandanı belə vacib qarşılaşmalara kökləmək asan deyil. Azərbaycanla görüş isə bizim üçün çox əhəmiyyətlidi. Çünki bu qarşılaşmada qalib gəlsək, ilk iki yerdən birini təmin edəcəyik. Bu isə final mərhələsinə vəsiqə qazanacağıq. Təsəvvür edin ki, son tur öncəsi Bakıdan 3 xal və vəsiqə ilə dönürük”.

 

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək Azərbaycan – İtaliya matçı Bakı Olimpiya stadionunda baş tutacaq.

0