Yığmamızın oyununun biletləri satışa çıxarılır
05.10.2015 - 16:05
Yığmamızın oyununun biletləri satışa çıxarılır

Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsindəki son matçının biletlərinin qiyməti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın oktyabrın 13-də Bolqarıstan yığması ilə səfər matçını izləmək istəyənlər 7-20 levdən keçməli olacaq.

 

Sofiyanın “Vasil Levski” stadionunda baş tutacaq qarşlaşmanı B və Q sektorlarından izləyəcək fanatlar 7 lev (təxminən 13 manat) ödəməlidi. V sektoruna giriş isə 15 levə (26 manat) olacaq. A sektorunda isə biletlər daha bahadı – 20 lev (38 manat).

 

Bolqarıstan – Azərbaycan oyununun biletləri oktyabrın 7-də satışa çıxarılacaq. Ayın 13-də keçiriləcək görüş isə saat 23:45-də başlayacaq.

 

 

0