[b]“Qarabağ”ın futbolçusu Ermənistanda oynayacaq[/b] - FOTO
05.10.2015 - 16:55
[b]“Qarabağ”ın futbolçusu Ermənistanda oynayacaq[/b] - FOTO

“Qarabağ”ın futbolçusu Ansi Aqolli Albaniya milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu AVRO-2016-nın seçmə mərhələsinin son iki qarşılaşmasına dəvət alan heyətdə yer alıb.

 

Oktyabrın 8-də Serbiyanı qəbul edəcək Albaniya yığması 3 gün sonra Ermənistanla səfər matçına yollanacaq. İrəvandakı qarşılaşma ilə seçmə mərhələni başa vuracaq Aqolli və komanda yoldaşları final mərhələsinə yüksəlmək üçün bu matçlarda uğurlu nəticə əldə etməlidi.

 

Belə ki, 6 oyunda 11 xal toplayan albaniyalılar 2-ci olan Danimarkadan 1 xal geri qalır. Lakin Ansinin komandası 1 oyun az keçirib. Bu isə ən azı pley-offa vəsiqəni təmin edən komandanı Fransaya birbaşa vəsiqə uğrunda mübarizədə favoritlərdən birinə çevirir.

 

Qeyd edək ki, Ansi komandasının keçirdiyi 6 matçın hamısında iştirak edən 7 futbolçudan biridi.

0